Nə "Qalatasaray" edə bildi, nə "Fənərbağça" - Bravo, "Beşiktaş"!

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə “Leyptsiq”i məğlub edən (2:1) “Beşiktaş” tarix yazıb.

 

Sportinfo.az xəbər verir ki, əvvəlki turdan qrup liderliyini təmin edən “qartallar”, Almaniyadakı görüşdə qazandığı qələbə ilə qrup mərhələsini 14 xalla başa vurub.

 

Bu isə Türkiyə futbolunda rekord göstəricidi. Belə ki, ilk dəfə qardaş ölkə təmsilçisi qitənin ən nüfuzlu klub turnirini bu qədər xalla başa vurub.

 

“Beşiktaş”ın 1/8 finaldakı rəqibinin adına dekabrın 11-də, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada aydınlıq gələcək.

Tarix: 7 Dekabr 16:00    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.