Cavidlərdən səs çıxmadı FOTO

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la qarşılaşacaq olan “Sumqayıt” hazırlıqlarını davam etdirir.

 

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" bu gün saat 11:00-da “Kapital Bank Arena”da növbəti məşqini keçirib. Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib.

 

 

Bundan başqa əvəzedici heyətdən 4 futbolçu – Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb.

 

1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib.

 

Nəzərinizə çatdıraq ki, “Qarabağ” – “Sumqayıt” qarşılaşması 11 dekabr, saat 19:00-da “Azersun Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Tarix: 7 Dekabr 15:24    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 May 2018
21 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.