32 klub arasında ən zəif göstərici “Qarabağ”a məxsusdu

Çempionlar Liqasının qrup mərhələsində rəqib qapısı istiqamətində ən çox və ən az zərbə vuran komandalar müəyyənləşib.

 

Sportinfo.az “InStat”a istinadən xəbər verir ki, ən çox zərbəni “Liverpul” endirib.

 

Sonuncu turda Rusiya “Spartak”ını 7:0 hesabı ilə məğlub edən mersisaydlılar orta hesabla 19 zərbə vurublar.

 

Siyahıda 2-ci sırada 18,2-lik göstərici ilə "Real” qərarlaşıb. “Üçlüy”ü qapayan Almaniya “Bavariya”sı isə orta hesabla 17 zərbə vurub.

 

Qrup mərhələsində çıxış edən 32 klub arasında ən zəif göstərici Azərbaycan çempionu “Qarabağ”a məxsusdur.

 

Ağdamlılar orta hesabla 6,3 dəfə rəqiblərini narahat ediblər. C qrupunda yer alan “Qarabağ” qrup mərhələsini 2 xalla sonuncu pillədə başa vurub.

Tarix: 7 Dekabr 15:00    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.