“Roma”nın ulduzu Raca Nainqqolan “Qarabağ” haqqında xoş sözlər deyib.
Sportinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Azərbaycan çemionuna çətinliklə qalib gəldiklərini etiraf edib:
“Qarabağ”ı məğlub etməyin yolunu tapmalı idik. Rəqib vəziyyəti çətinləşdirdi. Onlar çox möhkəm oynayırdılar, lakin biz təmkinli idik. Öz üslubumuza sona qədər inanırıq.
Düzgün oynadıq. Önəməli olan budur ki, pley-offa vəsiqə qazandıq. Çətin matçda yaxşı nəticə əldə etdik. Birinci yerə çıxmağa müvəffəq olduq. Bu, çox əla nəticədir”.
İngiltərə çempionu “Çelsi” ilə eyni – 11 xala malik “Roma” şəxsi oyunlara görə 1/8 finala C qrupunun qalibi qismində yüksəlib. Yeddi xalla 3-cü yeri tutan “Atletiko” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.