Bunun səbəbkarı “Qarabağ”dı

Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasına yollanan “Atletiko”nun yarımmüdafiəçisi Saul Niges açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, o, qitənin ən nüfuzlu klub turnirində mübarizə dayandırdıqlarına görə özlərini tənqid etməli olduqlarını bildirib. 

 

Futbolçu əsas səbəb kimi “Qarabağ”la hər iki oyunda itirilən xalları göstərib: “Düşünüb bir az özümüzü tənqid etməliyik. “Roma” kimi komandaya qalib gəldik.

 

Hər iki matçda onlardan xal aldıq. Lakin italyanlar ÇL-də yoluna davam edir. Biz isə “Qarabağ”la oyunlara baxmalıyıq. Hər iki qarşılaşmada xal itirdik.

 

Bu olmamalı idi. “Çelsi” və “Roma” onlarla hər iki oyunda qələbə qazandı. Bizim mübarizəni dayandırmağımızın səbəbkarı “Qarabağ”dı.

 

Həmin oyunları düşünməsək və ya fikirləşsək ki, hər iki matçda xal almışıq o zaman hər şey başqa oalcaqdı”.

Tarix: 7 Dekabr 14:00    Oxunub: 145    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.