Eh, belə də biabırçılıq olar?!

Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərədə “Liverpul”a 0:7 hesabı ilə uduzan “Spartak” (Moskva) şəxsi antirekorduna üzülüb.

 

Sportinfo.az xəbər verir ki, bu, 1922-ci ildə təsis edilən Rusiya təmsilçisinin tarixinə ən böyük hesablı məğlubiyyət kimi düşüb.

 

Bunadək 1984-cü ildə keçirilən SSRİ çempionatında Rostov OİK-nə 1:6 hesabı ilə uduzan “qırmızı-ağlar” 4 dəfə 0:5 hesablı məğlubiyyətlə üzləşib.

 

“Spartak” 1945 və 1964-cü illərdə “Torpedo”dan, 1946-cı ildə Moskva “Dinamo”sundan, 1949-cu ildə isə “Zenit”dən 5 cavabsız qol buraxıb.

 

Rusiya çempionatında isə yalnız “Zenit” moskvalıları 2012 və 2017-ci illərdə müvafiq olaraq, 5:0 və 5:1 hesabı ilə üstələyib.

 

“Spartak” avrokuboklarda indiyədək ən böyük hesablı məğlubiyyətini də məhz “Liverpul”dan alıb. Moskva klubu ÇL-in 2002/2003 mövsümündə ingilislərə 5 cavabsız qolla uduzub.

 

Çempionlar Liqasında ən böyük hesablı qələbəni də "Liverpul" qazanıb. Mersisaydlılar "Spartak"ı yendikləri oyundan düz 9 il 11 ay əvvəl - 6 noyabr 2007-ci ildə Türkiyə "Beşiktaş"ını məğlubiyyətə uğradıb - 8:0. Lakin "qara qartallar" da bu mövsüm qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb.   

Tarix: 7 Dekabr 13:36    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.