Romada “Qarabağ” xareoqrafiyası - FOTOLAR

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” səfərdə “Roma” ilə qarşılaşıb.

 

Sportinfo.az xəbər verir ki, matçda Azərbaycan çempionunu az da olsa, fanat qrupu dəstəkləyib.  

 

İtaliya paytaxtında komandamızı yalqız buraxmayan azarkeşlər ağdamlılara dəstək olmaq üçün xareoqrafiya da hazırlayıblar.

 

Belə ki, fanatlar üçrəngli kartonlardan istifadə edərək tribunada Azərbaycan bayrağını əks etdiriblər. Bundan başqa onlar əllərində tutduğu iri ağ kağızlarda “QARABAĞ” yazısını (hər kağızda bir hərf olmaqla) nümayiş etdiriblər.

 

Azarkeşlər bununla da bütün dünya mediasında müzakirə olan xareoqrafiyanı bir daha yada salıblar (musavat.com).

 

Tarix: 7 Dekabr 13:24    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.