“Qəbələ” Futbol Akademiyası qış seçimlərini elan edir

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.

 

Sportinfo.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 23-də  2001-2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək.
 
Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya e-mail ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.


Tel: 050 290 00 63, 055 511 39 65
Email: [email protected]      
Seçim tarixi:
Qəbələ Şəhər Stadionu
23 dekabr – 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular


Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.


Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

Tarix: 7 Dekabr 13:00    Oxunub: 81    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.