ABŞ və Rusiya - Millimizin dünya çempionatındakı rəqibləri

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

 

Püşkün nəticəsi belə olub:

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

 

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

 

C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənibi Koreya, Tailand, Trinidad və Tobaqo

 

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

 

2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr baş tutacaq.

Tarix: 7 Dekabr 12:12    Oxunub: 77    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.