"Əvvəlki adam deyiləm, içməyi və barlarda gəzməyi tərgitmişəm"

“Korintians”ın hücumçusu Jo Braziliya çempionatının ən yaxşı futbolçusu seçilib.

 

Sportinfo.az xəbər verir ki, Jo 18 qolla həm də çempionatın bombardiri olub. Futbolçu 30 yaşında bu səviyyəyə yüksəlməsinin səbəbləri barədə danışıb:

 

“Bilirəm ki, yığmanın məşqçisi Tite hücum xəttində müxtəlif variantları nəzərdən keçirir. Oyun təcrübəm mənə kömək ola bilər. Artıq əvvəlki adam deyiləm. İçməyi və barlarda gəzməyi tərgitmişəm.

 

Mən lider ola bildim. Bundan sonra da əlimdən gələn hər şeyi edəcəm ki, Braziliya yığmasının şərəfini qoruya bilim.

 

Əvvəlcə məndən həyat yoldaşım üz döndərdi. Sonra isə azarkeşlər. O azarkeşlər ki, əvvəllər məni əlləri üstündə gəzdirərdilər. Bundan sonra düşünməli oldum və həyatımı dəyişməyə qərar verdim”.

Tarix: 7 Dekabr 01:00    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.