Sosial şəbəkədə haqqında ən çox danışılan 10 idman adamının SİYAHISI

İngiltərənin “Daily Mail” nəşri “tvitter” sosial şəbəkəsində ən çox bəhs edilən 10 idman adamının siyahısını hazırlayıb.

 

Sportinfo.az xəbər verir ki, siyahıya irland döyüşçü Konor Makqreqor başçılıq edir. Onu “Mançester Yunayted”in və Fransa millisinin futbolçusu Pol Poqba izləyir.

 

3-cü sırada isə mankunianların digər üzvü, belçikalı hücumçu Romelu Lukaku qərarlaşıb. Maraqlıdı, müasir dünya futbolunun əsas simalarından olan Kriştiano Ronaldo siyahıda 8-ci sırada yer alıb.

 

Portuqaliyalı hücumçunun əsas rəqibi Lionel Messi isə ümumiyyətlə, ilk onluqda yer almayıb. Siyahıda aşağıdakı idman adamları qərarlaşıb:

 

1. Konor Makqreqor (döyüşçü, peşəkar boksçu)
2. Pol Poqba (futbolçu)
3. Romelu Lukaku (futbolçu)
4. Joze Mourinyo (futbol məşqçisi)
5. Floyd Meyvezer (boksçu)
6. Ueyn Runi (futbolçu)
7. Neymar (futbolçu)
8. Kriştiano Ronaldo (futbolçu)
9. Filippe Koutinyo (futbolçu)
10. Arsen Venger (futbol məşqçisi)

Tarix: 7 Dekabr 00:50    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.