Mourinyo Qvardiolanın hansı sözünə inanmır?

İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində "Mançester Yunayted" "Old Traford"da lider "Mançester Sİti"ni qəbul edəcək.

 

Sportinfo.az xəbər verir ki, zirvədəki iki komandanın üz-üzə gətirəcək qarşılaşmaya hər iki komanda itkilərlə çıxa bilər.

 

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola David Silvanın zədə səbəbindən "qırmızı şeytanlar"lar görüşdə iştirak edə bilməyəcəyini deyib.

 

Lakin "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ispan həmkarına inanmır. Mətbuata açıqlama verən portuqaliyalı mütəxəssis "Düzünü demək lazımdırsa, bəli, David Silvanın zədəsi var. Amma böyük ehtimalla o, bizə qarşı oynayacaq" deyərək, ispan yarımmüdafiəçi haqda fikir bildirib.

 

Mourinyo öz komandasındakı zədəlifutbolçuların durumu haqda da danışıb: "Erik Beillinin oynamaq ehtimalı yoxdu.

 

Fil Consla Fellaini bəklə oynaya bilər. İbrahimoviçin də oynamaq şansı yüksəkdi. Nemanya Matiç zədəlidi, amma derbidə oynayacaq. Karrikinisə oynamaq ehtimalı yoxdu".

 

Mançester şəhərini təmsil edən əzəli rəqiblərin bu dəfəki derbisi 10 dekabr tarixində "Old Traford"da baş tutacaq.

Tarix: 7 Dekabr 00:40    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.