Rəhbərlik etdiyi məşqçilər korpusunu istefaya göndərdilər

“Krotone” baş məşqçi Davide Nikolanı postundan uzaqlaşdırıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi 44 yaşlı mütəxəssislə yanaşı, onun rəhbərlik etdiyi məşqçilər korpusunu da istefaya göndərib.

 

“Krotone”ni müvəqqəti olaraq Antonio Makri, İvan Moşella və Elmiro Trombinonun çalışdıracağı qeyd olunur.

 

Nikola “Krotone”ni 2016-cı ildən çalışdırırdı. Ötən mövsüm bu komandanı elitanı tərk etməkdən məhz adıçəkilən məşqçi xilas etmişdi.

 

Bu mövsüm isə “Krotone” onun rəhbərliyi altında geridə qalan 15 turda cəmi 12 xal toplaya bilib və 20 iştirakçı arasında 16-cı sırada qərarlaşıb.

Tarix: 7 Dekabr 00:10    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.