"Neftçi"nin futbolçusui 45 min manat gətirdi: "Zorla tapmışam"

Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov vaxt istəyib.

 

Sonuncu prosesdə məhkəmə Maşallah Əhmədova 30 dəqiqə vaxt vermişdi. Bu müddət ərzində zərərçəkmiş Yusif Əzizovla razılığa gələn M.Əhmədov məhkəmədən dəymiş zərəri ödəmək üçün bir gün vaxt istəmişdi. Yusif Əzizova 128 min manat borclu olan Əhmədov pulun 50 minini verə biləcəyini deyib.

 

Yanvarın 25-də baş tutan məhkəmədə isə Maşallah Əhmədov yenə vaxt istəyib. O, yanında 45 min manat gətirdiyini və zərərçəkmiş Yusif Əzizova vermək istədiyini deyib: "Mənə ayın 30-na qədər vaxt verin, fikirləşim. Pul tapmaq asan deyil. Bu pulları da zorla tapmışam. Kimsə Yusifi öyrədib, ona görə də bizdən bu qədər pul tələb edir".

 

Y.Əzizov isə həmin məbləğlə razılaşmadığını söyləyib. Məhkəmə Maşallah Əhmədova sonuncu dəfə vaxt verib. Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib. Prokuror isə M.Əhmədovun törətdiyi əməllərə görə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.
 
Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb. Əhmədov 1977-ci ildən "Neftçi"də oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Tarix: 26 Yanvar 08:24    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2017
25 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.