Cənubi Azərbaycan klubunun ÇL-dəki rəqibləri bəlli oldu

Asiya Çempionlar Liqasının 2018-ci il mövsümünün püşkü atılıb.

 

Sportinfo.az xəbər verir ki, turnirdə İranı təmsil edəcək Təbrizin “Traktorsazi” klubu birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.

 

“Qırmızı qurdlar” A qrupunda BƏƏ-nin “Əl-Cəzirə” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klublarıyla birgə mübarizə aparacaq. Bu qrupda yer alacaq daha bir komandanın adına isə pley-off oyunlarından sonra aydınlıq gələcək.

 

Asiya qitəsinin ən nüfuzlu klub turnirinin növbəti mövsümü yanvarın 16-da start götürəcək. Turnirə noyabrın 10-da yekun vurulacaq.

 

Qrup mərhələsinə isə fevralda start veriləcək. Asiya Çempionlar Liqasının son qalibi Yaponiyanın “Urava Red Daymonds” klubu olub

Tarix: 7 Dekabr 00:00    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.