"Zaqatala”ya məğlubiyyət verdilər

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

U-17 Liqasında “Neftçi” – “Zirə” matçının 89-cu dəqiqəsində “Zirə”nin futbolçusu Ümid Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyun bitdikdən sonra “Zirə”nin futbolçusu Pərviz Məmmədov və “Neftçi”nin futbolçusu Sadik Ağazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-17 Liqasında “Xəzər Lənkəran” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Rasim Xəlilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyun bitdikdən sonra “Xəzər Lənkəran”ın icraçı direktoru Hüseyn Cəbrayıloğlu hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

 

U-16 Liqasında “Turan Tovuz” – “Neftçi” İK İB matçının 10-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

 

U-15 Liqasında “Zaqatala” – “Zirə” matçının 54-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Denis Əsadullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Zaqatala” klubun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-13 Liqasında UGİM (Göygöl) – Gəncə TİM (Gəncə) matçının 6-cı dəqiqəsində Gəncə TİM klubunun futbolçusu Amil Cabbarov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

 

U-12 Liqasında “Vətən” (Bakı) – “Neftçi” İK İB (Bakı) matçının 42-ci dəqiqəsində “Vətən”in futbolçusu Kənan Allahverdiyev, “Neftçi”nin futbolçuları Səfər Sadıqzadə ilə Fərid Şahhüseynli dava-dalaşda iştirak etdiklərinə görə hər üçü 3 oyun cəzalanıb.

 

U-12 Liqasında “Xudat” (Xudat) – ŞKGB matçında ŞKGB komandası iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-11 Liqasında “Sumqayıt” (Sumqayıt) – “Həkəri” (Qubadlı) matçında “Həkəri” komandası iştirak etmədiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-10 Liqasında UGİM-1 (Sumqayıt) – UGİM 14 Binəqədi (Bakı) matçında UGİM 14 Binəqədi komandasının heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-16 qızlar Liqasında “Mingəçevir-UGİM” (Xaçmaz) matçında hər iki komanda yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Yüksək Liqada “Veqa” – “Gənclik” (Şəki) matçının 77-ci dəqiqəsində “Veqa”nın futbolçusu Rəvanə Əliyeva və “Gənclik”in futbolçusu Vüsalə Seyfəddinova aqressiv davranışa görə meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyun cəzalanıb.

 

U-13 qızlar Liqasında “Autizmlilərin” İK– “Xırdalan” City matçında “Autizmlilərin” İK komandasının heyətində yaş limiti pozulduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Tarix: 6 Dekabr 16:36    Oxunub: 286    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.