Məşhur futbolçunun evi qarət olundu

Almaniya milli komandasının sabiq qapıçısı Oliver Kanın evi qarət olunub. 


Sportinfo.az xəbər verir ki, oğrular 48 yaşlı veteran futbolçunun mənzilindən seyf aparıblar.


Hadisə baş verən zaman O.Kan və ailə üzvləri evdə olmayıblar. Bu səbəbdən zərərçəkən yoxdu.

 

“Bavariya”nın sabiq qapıçısına dəyən maddi ziyanın məbləği açıqlanmır. Lakin söhbətin 6 rəqəmli məbləğdən getdiyi bildirilir.

 

O.Kan 1995-2006-cı illərdə Almaniya millisinin heyətində 86 oyun keçirib və 71 qol buraxıb. O, 2008-ci ildə karyerasını başa vurub.

Tarix: 6 Dekabr 16:24    Oxunub: 160    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.