“Neftçi”dən futbolumuzun təmizliyi naminə cəsarətli addım!

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.

 

Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb.

 

“Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

 

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.

 

Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15  gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.

 

“Neftçi” bununla bağlı bəyanat yayıb. Bəyanatda klubun məşqçi-metodisti Ağakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı məsələyə toxunulub.

 

“Son günlər haqlı olaraq böyük narazılıqla qarşılanan Topaz Premyer Liqasının bəzi oyunlarının nəticələrinin manipulyasiya edilməsi ilə bağlı hadisələrdə "Neftçi”nin də adı hallandırıldığından, klub rəhbərliyi tərəfindən daxili araşdırma aparılıb.

 

Xüsusən, AFFA-nın İntizam Komitəsinin 01.12.2017-ci il tarixdə keçirilən iclasında çıxarılan qərardan sonra buna çox ciddi zərurət yarandı. Araşdırma nəticəsində komandamızın məşqçi-metodisti Ağakişi Mehdizadənin oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı müəyyən olunub.

 

O, verdiyi yazılı izahatda özünü təqsirli bilərək prosesdə fərdi xarakterli iştirakını etiraf edib. Bu səbəbdən məşqçi-metodist Agakişi Mehdizadə dərhal tutdugu vəzifədən azad olunub. Qeyd edək ki, Ağakişi Mehdizadə əvvəllər "İnter" Peşəkar İdman Klubunda (hazırki "Keşlə") məşqçi-metodist vəzifəsində çalışıb.

 

Araşdıma zamanı topladığımız materiallar isə aidiyyatı üzrə AFFA-ya göndərilib. "Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, idman oyunlarının nəticələrini manipulyasiya edənləri şiddətlə qınayırıq və bu cür qanunazidd halların qarşısının alınması üçün mübarizə aparan bütün qurumlara dəstək verməyə hazırıq”.

 

"Bobo" ləqəbli A.Mehdizadə vaxtilə "İnter"də və Gürcüstan millisində Kaxaber Sxadadzenin oyunların analizi üzrə köməkçisi olub. Onu “Neftçi”yə Elxan Abdullayev gətirib. Ötən ilin qışında. Metodist-statistik kimi.

 

Burda klhbun heç bir günahı ypxdu. Baş verənlər hansısa işçinin öz şəxsi maraqlarına qulluq edib və klub rəhbərliyi daxili araşdırma apararaq, həmin işçini tapıb və qovub. Həmçinin bütün materiallar AFFA-ya təqdim olunub.

 

“Neftçi” rəhbərliyi göstərdi ki, futbolumuzda şəffaflığın tərəfdarıdı və klub daxilində pis əməllərlə məşğul olanları tapmaqda maraqlıdı. Sözügedən adam fərdi iştirak edib bu işdə və heç kim yönətimin üzərinə “yüklənə” bilməz.

 

Yaxşı olardı ki, digər komanda rəhbərləri də bu addımı atardı və “ağacı içindən yeyən qurdlar”ın işfası kampaniyasında yaxından iştirak edərdi. Çünki “stavka” böyük qara yaradı və bu virusun kökünün kəsilməsi, heç olmasa, pnlənməsi olduqca vacibdi. Hamı bu prosesdə yaxından içtirak etməlidi.

 

SPORTİNFO.AZ

Tarix: 6 Dekabr 13:48    Oxunub: 496    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.