"Xoşbəxtik" - "Roma"lı kapitan "Qarabağ"la oyundan sonra

“Çətin olacağını bilirdik. Lakin yekunda hamının ümid bəslədiyi nəticəni əldə etdik”.


Sportinfo.az xəbər verir ki, bunu “Roma”nın futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə ilə başa çatan oyundan sonra deyib.


Paytaxt komandasının 34 yaşlı kapitanı C qrupunun qalibi olmalarını fantastik nəticə sayır. Onun sözlərinə görə, bu nailiyyət “Roma”nın Avropadakı nüfuzunu bərpa edəcək:

 

“Bu, “Roma”nın nüfuzu, komandanın özünəinamı və mövsümün qalan hissəsi üçün möhtəşəm nəticədir. Biz xoşbəxtik. Son illər Avrokuboklarda yaxşı çıxış etməmişdik.

 

Bu nailiyyət klubun öz nüfuzunu bərpa etməsi üçün bir vasitədir. Bu cür çətin qrupun oyunlarını birinci yerdə tamamlamaq fantastikadı”.

Tarix: 6 Dekabr 15:24    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.