“Qarabağ”, 800 manat ver!

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqa, 1-ci divizion və əvəzedici heyətlərin son turlarında, həmçinin ölkə kubokunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

 

Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” - “Neftçi” matçının 26-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur .

 

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 14-cü turunun “Səbail” - “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur .

 

Əvəzedici heyətlərin 14-cü turunun “Qəbələ” - “Keşlə” matçının 44-cü dəqiqəsində “Keşlə” klubunun məşqçisi Üzeyir İbrahimov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırırldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

 

Azərbaycan 1-ci divizionunun 12-ci turunun “Mil-Muğan” - “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Bayram Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Birinci divizionun 12-ci turunun “Zaqatala” - “Sabah” matçının 40-cı dəqiqəsində “Sabah” klubunun futbolçusu Cavad Kazımov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Oyunun 88-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Osman Qurbanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

 

Oyun bitdikdən sonra Osman Qurbanov hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Şüvəlan” - “Səbail” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin “Qəbələ” - “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 83-cü dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Samir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/8 mərhələsinin MOİK - “Keşlə” matçında MOİK klubunun xərəkdaşıyan usaqlarla təmin etməməsinə görə klub klub 80 manat cərimə olunur.

Tarix: 6 Dekabr 14:48    Oxunub: 145    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.