İspan: "Bizim nəticəmiz əladı"

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə "Roma"ya uduzan (0:1) "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana oyunla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, ispaniyalı legioner qarşılaşmanın bərabər səviyyədə keçdiyini deyib:

 

"Oyun bərabər səviyyədə keçdi, olduqca güclü rəqibə qarşı mübarizə apardıq. Bizim də qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, bundan istifadə edə bilmədik. Hesab edirəm ki, "Roma"ya qarşı layiqli mübarizə apara bildik". 

 

"Qarabağ"ın ÇL-dəki çıxışını da dəyərləndirən Kintana, çətin qrupda yer almaqlarına baxmayaraq, əla çıxış etdiklərini bildirib:

 

"Qrupumuz olduqca səviyyəli, rəqiblərimiz əzəmətli, Avropada adlarından söz etdirmiş komandalar idi. Köhnə qitə bu komandaları yaxşı tərəfdən tanıyır. Bunların hər birini nəzəra alsaq, bizim nəticəmiz əladı".

Tarix: 6 Dekabr 14:36    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.