"Bunu dostum olduğuna görə demirəm" - Bizim beyin məhsulu

İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində keçirilmiş Qazaxıstan - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az məşqçilərin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

 

Kakau (Qazaxıstan millisinin baş məşqçisi):

“Çox ağır qarşılaşma oldu. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi. Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal hesab edirəm. Azərbaycan millisini gözəl oyun münasibəti ilə təbrik edirəm. Oyunun erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı. Turnirin davamlı olmasını arzulayıram. Gələn il bu yarışa Qazaxıstan evsahibliyi edəcək. Yenə bu dörd komandanın iştirakını istərdim”.

 

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi):
“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdü. Yaxşı və maraqlı oyun alındı. Bu turnir hər iki komanda üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”. 

Tarix: 6 Dekabr 14:24    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.