Millimiz İranda 3-cü oldu

İranın İsfahan şəhərində təşkil edilən "4 Top Nations" turnirində iştirak edən Azərbaycan millisi bu gün turnirdə son oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, yığmamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Görüş bərabərliklə nəticələnib - 3:3.

 

Bu nəticə ilə yığmamız turniri 3-cü pillədə başa vurub. Millimiz qazaxlarla eyni xala malik olsa da, daha yaxşı top fərqinə görə bir pillə irəlidə yer alıb. 

 

Seçmə komandamız turnirdə keçirdiyi əvvəlki oyunlarda İranla heç-heçə edib (3:3), Rusiyaya uduzmuşdu (3:4).  

 

Azərbaycan - Qazaxıstan 3:3

Qol: Uilyams Oliveyra Vassoura, 9, 11; Rafael Karvalyo, 39 - Pavel Taku, 25, 35; Duqlas Da Silva, 32

 

Azərbaycan: 12. Rövşən Hüseynli, 18. Rafael Karvalyo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos, 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra Vassoura, 3. Tiaqo Martins, 15. Seymur Məmmədov

Baş məşqçi: Alesio da Silva

 

1. Rusiya                          2 1 1 0   7-6   4

2. İran                               2 1 1 0   5-4   4

3. Azərbaycan                  3 0 2 1  9-10  2 

4. Qazaxıstan                   3 0 2 1   7-8   2

Tarix: 6 Dekabr 14:12    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.