AFFA “Neftçi”nin əməkdaşını futboldan sildi – ÖMÜRLÜR!

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportinfo.az xəbər verir ki,  yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib. 

 

Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb.

 

"Neftçi"nin  AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

 

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.

 

Sanksiyaya məruz qalan Mehdiuzadə bu qərarı aldıqdan sonra 15  gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.

 

Bunadək “Keşlə”nin 2 futbolçusu - Nizami Hacıyevlə Mirhuseyn Seyidov da ömürlük cəzalandırılıb.

Tarix: 6 Dekabr 12:12    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.