AÇIQLADI: "Formaları o vermişdi, mən götürməmişdim"

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra sualları cavablandırıb.

 

Sportinfo.az xəbər verir ki, İsmayılov ilk olaraq matçla bağlı düşüncələrini bölüşüb:

 

- Bizim itiriləsi bir şeyimiz yox idi. Amma “Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çempionlar Liqasında son oyunumuz olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzmağımıza baxmayaraq, pis mübarizə aparmadıq. Amma “Roma” “Roma”dır. Elə futbolçular var ki, hər bir şansdan maksimum yararlanırlar. Bu gün onlar da ən xırda imkandan istifadə edib, qol vurdular.Ümumi götürsək, yaxşı oyun alındı. Artıq bunu unutmaq lazımdır. Çempionlar Liqası bitdi. Yenidən Premyer Liqada çempion olub, bu turnirin qrup mərhələsinə düşmək lazımdır.

 

İlk dəfə mübarizə apardığınız turnirdəki çıxışınızı necə dəyərləndirirsən?

- Yaxşı hesab etmək olar. Dünyanın top komandalarını Bakıya gətirdik. Həqiqətən Azərbaycan futbolu üçün böyük bir şeydir. “Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaq istəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, Çempionlar Liqasına alışmağa başlayırıq. “Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik. Sadəcə, əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar.

 

Qırmızı vərəqələr və zədələr olmasaydı, “Qarabağ”ı fərqli yerdə görə bilərdikmi?

- Heyətlə bağlı preoblemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana ideal heyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç bir oyunda pis təsir bağışlamadı. Əsas odur ki, itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik.

 

Çempionlar Liqasında son oyununuz idi. Rəqib komandadan hansı futbolçu ilə formanı dəyişdirdin?

- Heç kimlə dəyişməmədim. Çünki maraqlı gəlmir.

 

Özün istəmədin?

- Belə şeylər mənə maraqlı deyil. Ona görə forma dəyişmirəm. Xorvatiya ilə oyundakı formaları Prosineçki vermişdi, mən götürməmişdim.

Tarix: 6 Dekabr 12:00    Oxunub: 245    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.