"İndi bu andan həzz almalıyıq, “Qarabağ” boşluqları bağlamışdı".

"Qarabağ” həqiqətən boşluqları bağlamışdı. Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Roma”nın futbolçusu Dieqo Perotti Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.


Matçın 53-cü dəqiqəsində vurulan yeganə qolun müəllifi olan argentinalı hücumçu bildirib ki, 1/8 finala qrup qalibi kimi yüksəlmək fantastik nəticədir. O, bu cür qarşılaşmaların təhlükəli olduğunu söyləyib:

 

“İlk matçda heç-heçə edəndən sonra heç kim bizə inanmırdı. Lakin biz başımızı aşağı salıb, səylə işləyirdik.

 

Finişdə zirvədə olmağa layiqik. Bu cür oyunlar çox təhlükəli olur. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.

 

“Çelsi” ilə eyni – 11 xala malik “Roma” şəxsi oyunlara görə 1/8 finala C qrupunun qalibi qismində yüksəlib. 7 xalla 3-cü yeri tutan İspaniya “Atletiko”su isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Tarix: 6 Dekabr 11:12    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.