"Məndən tələb edirdilər ki, iş prinsipimi dəyişim, razılaşmadım"

“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti Münhen klubundan istefa verməsinin səbəbləri barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Ançelotti “Bavariya”da ondan iş prinsipini dəyişməyi tələb etdiklərini bildirib. O, bu tələblə razılaşmadığı üçün istefaya getdiyini deyib:

 

“Mənim öz iş prinsipim var və onu heç vaxt dəyişmirəm. Məndən tələb edirdilər ki, iş prinsipimi dəyişim. Ancaq bu tələblə razılaşmadım. Sən qərar qəbul edirsənsə və klub rəhbərliyi bunu dəstəkləmirsə, onda ölüsən.

 

Deyirlər ki, biz az məşq edirdik? Məşqçi futbolçuya etimad göstərməyəndə, o, klub rəhbərliyinin yanına qaçır və onlardan dəstək alır.

 

Belə olanda, mütəxəssis başqa futbolçuların yanında da etimadını itirir. Sən artıq özünə gələ bilmirsən. Mətbuata inansaq, 5 futbolçunun mənə qarşı çıxmasından sonra istefaya göndərilmişəm”.

Tarix: 6 Dekabr 10:48    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.