"O şansı qazandıqdan sonra bu suala cavab verəcəm"

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda səfərdə "Roma"ya uduzan (0:1) "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev oyundan sonra sualları cavablandırıb. 

 

Sportinfo.az xəbər verir ki, Qarayev əvvəlcə matçla bağlı fikirlərini bildirib: 

 

- Əslində, oyunun daha gərgin keçəcəyini gözləyirdik. Amma ilk hissədə lazımi səviyyədə müdafiə oluna bildik. Lakin birinci və ikinci hissənin ilk 15 dəqiqəsində "Roma"nın təzyiqinə dözə bilmədik. İstəmədiyimiz vəziyyətdə qapımızda qol gördük. Qoldan sonra oynamağa çalışsaq da, bizim üçün çətin idi. Çalışdıq, əlimizdən gələni etdik. Düşünürəm ki, qrup mərhələsində ölkəmizi, xalqımızı layiqincə təmsil etdik. Yaxşı çempionat idi, karyramızın sonuna qədər burda oynasaq yaxşı olar.

 

Heyətdə itkilər var idi, xüsusən də müdafiə xəttində. Müdafiədə oynayan digər futbolçuların çıxışını necə dəyərləndirə bilərsən?
- Düşünürəm ki, komanda əlindən gələni etməyə çalışırdı. Ən azından qarşımıza qoyulan məqsədin 70, 80 faizinə çatdıq. Belə turnirdə oynayırsansa, ehtiyat qüvvən çox olmalıdı. Düşünürəm ki, növbəti illərdə futbolçularımızın sayı çox olacaq, problemlərlə üzləşməyəcəyik.

 

Daniele De Rossi ilə formanı dəyişdin. Niyə məhz o?
- Gözümüz öyrəşən De Rossidi (gülür). Dünya çempionatında, Avropa çempionatında oynayan futbolçudu, gözümüz ona öyrəşib.

 

Qaranın De Rossi səviyyəsinə çatması üçün nə qədər işləmək lazımdı?
- Bunu müqayisə etmək istəməzdim. Amma mənə o yerdə oynamaq üçün şans yaranmalıdı. O şansı qazandıqdan sonra bu suala cavab verəcəm.

Tarix: 6 Dekabr 10:36    Oxunub: 123    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.