"O, çoxunun ağzını yumdu"

"Barselona”nın futbolçusu Luis Suares klubun yeni transferləri barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, uqurvaylı hücumçu “Barselona”nın yeni transferlərindən razı olduğunu deyib. O, gələnlərin komandadakı boşluqları doldura bildiklərini vurğulayıb:

 

“Neymar xüsusi və digərlərindən fərqlənən futbolçudu. Ondan çox şey gözləyirdilər. Ancaq onun gedişindən sonra gələnlər də komandaya faydalı oldular.

 

Jerar Deulofeu çoxdankı “Barsa”lı kimi bizə uyğunlaşa bildi. Paulinyo isə çoxunun ağzını yumdu. O, ilk gündən yüksək səviyyəli oyun göstərir.

 

Osman Dembelenin isə bəxti gətirmədi, zədələndi. Amma zədəsini sağaldandan sonra çoxunu təəccübləndirəcək”.

Tarix: 6 Dekabr 10:00    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.