"Bunu bilərəkdən etməsəm də, o. dərhal üzərimə şığıdı"

İranda keçirilən "4 Top Nations" turniri çərçivəsində Rusiya ilə keçirilən oyunun 28-ci dəqiqəsində hesabı bərabərləşdirən futzal millimiz dərhal azlıqda qalıb.

 

Belə ki, hakim yığmamızın üzvü Kardoso Evertonla rəqib komandadan Andrey Afranasyevə qırmızı vərəqə göstərərək meydandan qovub.

 

Sportinfo.az xəbər verir ki, matçdan sonra açıqlama verən futzalçı hadisəni belə şərh edib: “Qol vurulandan sonra topa qüvvətli zərbə vurmaq istəyirdim. Bu vaxt zərbəm istəmədən rəqibin oyunçusuna dəydi.

 

Bunu bilərəkdən etməsəm də, rəqib komandanın üzvü dərhal üzərimə şığıdı. Emosiyaların çoşduğu bir vaxtda hakim hər ikimizə qırmızı vərəqə göstərdi. Əlbəttə, məyusam, ilk dəfə millinin heyətində qırmızı vərəqə ilə cəzalandırılıram”. 

Tarix: 5 Dekabr 15:24    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.