"Rəşadın hərəkətlərini yada salıb, komanda yoldaşlarıma..."

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma"nın qonağı olacaq "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev mətbuat konfransında iştirak edib.

 

Sportinfo.az xəbər verir ki, Medvedev birbaşa sualları cavablandırıb:

 

Oyuna böyük itkilərlə çıxacaqsız. Əsas da müdafiədə. Boşluqları doldurmaq üçün üçün hansı imkanlardan istifadə edəcəksiz?
- "Qarabağ"ın 2 ən tərübəli müdafiəçisi sabahkı matçda oynamayacaq. Onları əvəzləyən futbolçular oyuna yaxşı kökləniblər, üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər. "Roma" kimi komanda ilə qarşılaşmaq hər dəfə ələ düşmür. Düşünürəm ki, sabahkı oyunda meydana çıxacaq futbolçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər.

 

Uzun illərdi ki, "Qarabağ"da çıxış edirsən. Avroliqa və Çempionlar Liqası turnirlərində qazandığın təcrübədən sonra özünü Avropa komandalarında oynamağa hazır sayırsanmı? Ümumiyyətlə, belə təkliflər varmı?
- 5 ildi ki, Avropa səviyyəsində futbol oynayırıq, ildən-ilə daha çox təcrübə toplayırıq. Böyük klublara qarşı başabaş mübarizə apara biliriksə, heyətdə olan bir çox futbolçuların digər komandalarda da rahat çıxış edə biləcəkləri fikrindəyəm. Bizi izləyənlər çoxdu, təklif gəlməsi normal haldı.

 

Rəşadın yoxluğunda kapitan kimi meydana çıxacaqsan. Onun yoxluğunda özünü necə hiss edəcəksən? Rəşadı əvəzləmək mümkün olacaqmı?
- Rəşadın yoxluğu komanda üçün böyük itkidi. Onun meydanda olması komanda üçün böyük motivasiya olurdu, fərqli oyun oyun nümayiş etdirirdik. Qismət belədi. Rəşad ötən oyunda qırmızı vərəqə alıb və kapitan sarğısı mənə tapşırılıb. Rəşadın hərəkətlərini yada salıb, komanda yoldaşlarıma dəstək olmağa çalışacam. Çalışacam ki, kapitanı bacardıqca yaxşı əvəzləyim. 

Tarix: 5 Dekabr 15:12    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.