“Qarabağ” ilk turda “Çelsi”yə böyük hesabla uduzan komanda deyil

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eusebio Di Françesko mətbuat konfransında iştirak edib.

 

Sportinfo.az xəbər verir ki, italyan mütəxəssis bu gün onları çətin oyun gözlədiyini deyib:

 

“Biz sabah planlanmış, aqressiv oyun sərgiləməliyik. Rəqib ilk turda səfərdə “Çelsi”yə böyük hesabla uduzan komanda deyil. “Qarabağ” hazırda həmin qarşılaşmadakından çox daha yaxşı oyun sərgiləyir.

 

Ancaq öz oyunumuzu sərgiləsək, bu matçda qalib gələcəyik. Rəqib hörmətə layiqdi, lakin biz qalib gəlmək istəyirik”.

 

Di Françesko komandanın zədəliləri barədə də məlumat verib. O, Raca Nainqqolan və Dieqo Perottinin “Qarabağ”la oyuna tam hazır olduqlarını bildirib:

 

“Nainqqolan və Perotti sabahkı oyuna tam hazırdılar. Yalnız Aleksandr Kolarovla bağlı müəyyən şübhələr var. Yəqin ki, o da hazır olar. Ancaq onun tam vəziyyətinə sabah aydınlıq gələcək”.

Tarix: 5 Dekabr 14:36    Oxunub: 130    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.