Dieqo Simeone: “Roma”-“Qarabağ” matçına baxmağın mənası yoxdu”

“Hər şey bizdən asılı olmasa da, qalib gəlməyə borcluyuq. Yüksək səviyyədə çıxış edən yaxşı komanda ilə üz-üzə gələcəyik”.


Sportinfo.az xəbər verir ki, bunu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin VI turunda İngiltərədə “Çelsi”yə qarşı keçirəcəkləri matçdan öncə söyləyib.


Argentinalı mütəxəssis qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında deyib ki, 1/8 finala yüksəlmələri “Qarabağ”dan asılı olsa da, öz oyunlarına köklənəcəklər:

 

“Çelsi” “Metropolitano”da əla oynadı və 2:1 hesabı ilə qalib gəldi. Qarşıdakı görüşdə öz planımızı reallaşdıracağımıza ümid edirəm.

 

“Roma” – “Qarabağ” matçına baxmağın və ya radiodan qulaq asmağın mənası yoxdu. “Roma” qalib gəlsə, qrupdan çıxmaq münasibəti ilə onları və “Çelsi”ni təbrik edəcəyik”.


“Atletiko”nun 1/8 finala çıxması həm də “Qarabağ”dan asılıdır. Madridlilər “Çelsi”yə qalib gəlib, Ağdam komandasının İtaliyada “Roma”ya uduzmamasına ümid etməlidirlər.

Tarix: 5 Dekabr 12:48    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.