“Çelsi”nin baş məşqçisi: "Qarabağ"ı da unutmaq lazım deyil"

“Çempionlar Liqası möhtəşəm turnir və hər bir komandanın növbəti mərhələyə çıxmağa çalışdığı yarışdır”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Atletiko” ilə ev oyunundan əvvəl deyib.


İtaliyalı mütəxəssis bildirib ki, komandası çox ağır qrupda yer alıb. Onun sözlərinə görə, Madrid təmsilçisinin qrupdan çıxmaması sürpriz olacaq:

 

"Ağır qrupda yer almışıq. Qrupda "Çelsi", "Atletiko", "Roma" var və "Qarabağ"ı da unutmaq lazım deyil. "Atletiko" "Qarabağ”la hər iki oyunda xal itirdi. "Roma" da onlarla matçda əziyyət çəkdi.

 

"Atletiko" çox yaxın keçmişdə Çempionlar Liqasında iki dəfə final oynayıb. Madridlilər 1/8 finala çıxmasalar, sürpriz olacaq. Lakin təkrar edirəm, bu qrupdan çıxmaq asan deyill”.

 

“Atletiko”nun 1/8 finala çıxması həm də “Qarabağ”dan asılıdır. Madridlilər “Çelsi”yə qalib gəlib, Ağdam komandasının İtaliyada “Roma”ya uduzmamasına ümid etməlidirlər.

Tarix: 5 Dekabr 12:12    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.