“Başa düşdüm ki, Azərbaycan millisi ilə bundan artığını etmək mümkün deyil"

“Başa düşdüm ki, bu komanda ilə bundan artığını etmək mümkün deyil və getmək vaxtım çatıb” - bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki deyib.
 
Sportinfo.az xəbər verir ki, Xorvatiya mətbuatına geniş müsahibə verən 48 yaşlı mütəxəssis yığmamızla yeni müqavilə imzalamamasının səbəbini açıqlayıb.

 

Millimizdəki dönəmini uğurlu hesab edən Prosineçki yeni macəra axtarışında olduğunu vurğulayıb: “Biz dünya çempionatının seçmə mərhələsində çox çətin görünən 10 xal topladıq. Norveçi məğlub etdik,

 

Çexiya ilə bərabərə qaldıq. Həmçinin məğlub olmağımıza baxmayaraq, Almaniya və İtaliya ilə görüşləri əla keçirdik. O ki qaldı Xorvatiya ilə matça, komandamdan yalnız cəsarətli futbol istəmişdim.

 

Çünki istəyirdim ki, Bakıya hansı komanda gəlir-gəlsin, oyunçularım rəqibdən çəkinməsinlər. Futbol oynamağı tələb edirdim, müdafiədə oturmağı deyil. Üç il fasiləsiz çalışdıq və inkişaf etdiyimizi düşünürəm. Artıq yeni menyü ilə davam etməliyik”.
 
Prosineçki 2014-cü ilin dekabrından 2017-ci ilin dekabrına qədər Azərbaycan millisini çalışdırıb. Lakin onunla müqavilə müddəti artırılmayıb. Bundan sonra yığmamızı Qurban Qurbanov çalışdıracaq.
 
Xorvat məşqçinin dediklərində həqiqət var. Lakin onun millimizdən imtina etməsi ağ yalandı. AFFA müqavilə şərtlərində maliyyənin azaldılmasına getməsəydi, Prosineçki həvəslə yeni anlaşma imzalayardı.

 

Müqaviləninbitməsi ərəfəsində menecerlər xorvata az qala dünyanın dörd bir yanından dəvət gəlməsi haqda xəbərləri mətbuata ötürürdü.

 

Bu da daha yaxşı şərtləri olan müqavilə imzalanmasına hesablanmışdı. Lakin AFFA Qurbanovu seçdi, Prosineçki isə hələ də işsizdi.

Tarix: 4 Dekabr 12:00    Oxunub: 394    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.