"Top Jozef Bumun əlinə dəymişdi, aşkar penalti idi"

"Zirə" əks-hücumlarda çox yaxşı oynayır. Bunun qarşısını almağa çalışırıdıq. Şanslarımız da oldu. Demək olmaz ki, "Zirə" bizi tam üstələdi".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 14-cü turunda "Zirə"yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

 

Təcrübəli futbolçu matçın sonlarında rəqib qapısında yaşanan penalti epizodunda da söz açıb: "Epizodun görüntülərinə baxdıq. Top Jozef Bumun əlinə dəymişdi. Aşkar penalti idi.

 

Qarşıda "Qarabağ"la çempionat, "Qəbələ" ilə isə kubok oyunlarımız var. "Səbail" debütantdı, 6 ayın komandasıdı. Hər iki cəbhədə bacardığımız qədər irəli getməyə çalışacağıq". 

Tarix: 3 Dekabr 22:04    Oxunub: 386    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.