"Nə baş verib, necə olub, heç nə bilmirəm, amma çox ağır qərardı"

Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın 14-cü turunda “Keşlə” ilə matçdan sonra sualları cavablandırıb.
 
- Hər oyun bizim üçün ağırdı. Bizə hər oyunda qələbə çox lazımdı. Çox sevinirik ki, “Keşlə”yə qarşı da layiqli qələbəmizi qazandıq. Bunun davamını gətirmək istəyirik.
 
- Kənardan elə görünürdü ki, sanki “Qəbələ” “Keşlə” ilə oyunda məşq edir...
- Kənardan elə görünə bilər. Ancaq birinci hissədə çox çətinlik çəkdik. Çünki “Keşlə” müdafiəsi çox sıx oynayırdı, cərimə meydançasına girə bilmirdik. İkinci yarıda açılışdılar, işimiz bir az asanlaşdı. Bilirdik ki, bir qoldan sonra üstümüzə gələcəklər,oyun açılacaq. İkinci yarıda da qol vəziyyətlərimiz oldu, ikisindən istifadə etdik.
 
- Çempionatın ilk yarısı başa çatdı.“Qəbələ”nin çıxışından razısan?
- Tam olaraq yox. Elə oyunlar var idi ki, xal itirməməli idik. Ona görə də tam razı olduğumu deyə bilmərəm.
 
- Növbəti oyununuz kubokda “Səbail”ə qarşıdı. Ölkə çempionatında məğlub etdiyiniz rəqibi kubokda da məğlub edə biləcəksiz?
- Əlbəttə ki, kubokla çempionat tam ayrıdı. Hər birinin öz maraqları var. İlk oyunumuz evdədi, çalışacağıq ki, bu mərhələni keçən tərəf də biz olaq.
 
- Son günlərin ən çox müzakirə olunan mövzusu Nizami Hacıyev və Mirhüseyn Seyidovun oyun alqı-satqı məsələsidir. Onlarla əlaqə saxlayıb hal-əhval tutmusan?
- Onların hər birinə dəstəyəm. Amma məsələni biz də mətbuatdan izləyirik. Qəbələdə olduğumuz üçün Nizami və Mirhüseynlə görüşməmişəm. Bu gün Bakıya qayıdırıq, sabah görüşərəm onlarla.
 
- Sənin fikrincə, onlara verilən qərar çox ağır olmadı?
- Bu haqda heç nə danışmaq istəmirəm. Çünki nə baş verib, necə olub - heç nə bilmirəm. Amma  təbii ki, futboldan birdəfəlik uzaqlaşdırılmaq çox ağır qərardı. Nizaminin 28, Mirhüseynin 26-27 yaşı var, cavan uşaqlardı. Sadəcə, məsələni bilmirəm. Bu haqda fikir bildirə bilmərəm. Çünki hər zaman haqqı demək lazımdır. Ancaq məsələdən bixəbər olduğumdan nəsə deməyim düzgün çıxmaz 
Tarix: 3 Dekabr 21:52    Oxunub: 530    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.