Samir Əliyev: "Məqsədimiz qapazaltı olmamaq idi"

“Öz meydanımızda ilk oyunumuz olduğu üçün qələbə qazanmaq istəyirdik”.

 

Sportinfo.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev deyib. Bayıl təmsilçisi Topaz Premyer Liqasının XIV turunda öz meydanında “Zirə”yə minimal hesabla məğlub olub – 0:1.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Zirə” bizi istənilən kompenentlərdə üstələyirdi. Belə deyək, səviyyə fərqi açıq-aşkar hiss olunurdu. Hesaba baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq”.

 

- Jaskis bu gün çox zəif oynadı. Onun komandadakı gələcək taleyi necə olacaq?

- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində bütün qərarlarımı açıqlayacağam.

 

- Ümumiyyətlə, komandanı neçə futbolçu tərk edəcək?

- Gedənlər olacaq, amma bunu indi açıqlamayacağam. Qarşıdakı oyunlar var və bundan sonra gedənlərin sayını biləcəksiniz. Düzdü, heyətimizi gücləndirmək və daha səviyyəli fubolçularla gücləndirmək üçün çalışırıq. 

 

- Komanda gözlədiyiniz yerdədi?

- Bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yer tutmaq barədə düşünmürdük.

 

- Bu gün "Səbail"in nəticələrini qənaətbəxş saymaq olar?

- Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.

Tarix: 3 Dekabr 21:04    Oxunub: 215    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.