"Biz planımızı “Neftçi” ilə oyunlardan sonra açıqlayacağıq"

Premyer Liqanın 14-cü turunda səfərdə “Səbail”ə qalib gələn (1:0) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportinfo.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- “Səbail”i təbrik edirəm. Stadionları və təlim-məşq bazaları uğurlu olsun. Çətin oyun oldu. “Qarabağ”la oyundan sonra bu matça hazırlaşmaq çətin idi. Lakin komanda olaraq toparlana bildik. Bu gün qalib gəlməklə, xal fərqini qoruyub saxlaya bildik. Bundan sonra kubok oyunlarına köklənəcəyik.
 
- “Qəbələ” ilə səfər oyunundan sonra hakimlərlə bağlı problem yaşanmışdı. Lakin bu gün də hakimlərdən narazı idiz...
- Oyunboyu belə hallar ola bilər. Vüqar Mustafayevin epizodunda cərimə zərbəsi doğrudan yox idi. Düzdü, Vüqar topu kənara vurduqdan sonra hakim ona haqlı sarı vərəqə verdi. Ümumiyyətlə, hakimlər barədə danışmağı xoşlamıram. Lakin oyun zamanı insan emosiyalarına əngəl ola bilmir. Matç zamanı hakimlə danışmaq normaldı.
 
- Qış fasiləsi ilə bağlı bağlı planlarınız artıq hazırdı, yoxsa “Neftçi” ilə oyunu gözləyirsiz?
- Qış planımız artıq hazırdı. “Neftçi” ilə oyunlardan sonra açıqlayacağıq 
Tarix: 3 Dekabr 20:54    Oxunub: 308    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.