"Ola bilsin, hansısa qərarlar qəbul edilsin, indi heç nə deyə bilməyəcəm"

Premyer Liqanın XIV turunda “Qəbələ” öz meydanında “Keşlə”ni 3:0 hesabı ilə məğlub edib.

 

 

Sportinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis oyundan sonra keçirilən mətbuat kofransında jurnalistlərin suallarını cavablandırıb.

 

- Qalib gəldik və yaxşı oynadıq. Əhvalımız yüksəkdi, oyundan razıyıq, amma bilirik ki, hələ qabaqda çox oyun var.

- Qış fasiləsinə az qalıb. Komandadan göndərəcəyinz futbolçular olacaqmı?

- Hazırda bunu deyə bilmərəm. Çünki hələ özüm də bilmirəm. Ola bilsin ki, hansısa qərarlar qəbul edilsin, lakin hazırda heç bir şey deyə bilməyəcəm.

- Komandada hansı dəyişikliklər oldu ki, hücumda məhsuldarlığınız artdı?

- Vaxt gedr və biz də çalışırıq. Əlbəttə ki, yaxşılaşma bizdə də oldu. Başa düşürük ki, nəticə üçün inkişaf etmək lazımdı. Razıyıq. Yenə də deyə bilmərəm ki, potensialımızın 100% istifadə edirik. Əlimizdə olanları daha yaxşı etmək üçün vaxtımız var.

Tarix: 3 Dekabr 20:42    Oxunub: 269    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.