"Qəbələ"yə məğlubiyyətdə şübhəli futbolçular yox idi"

“Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının XIV turunda “Qəbələ”yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan mətbuat konfransı keçirib.

 

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə matçı dəyərləndiirb. 

 

- Məlum səbəblərə görə oyunu iki hissəy bölmüşdük. Tapşırıqları çatdırmışdıq. Bilirsiniz ki, oyunçuların bəziləri əvəzedici heyətdən gəlib. Verdiyim tapşırığı futbolçular layiqincə yerinə yetirdilər. Ümumilikdə, birinci hissədə müdafiə xarakterli oyun var idi. İkinci hissədə əksinə olaraq hücum oynayıb, əks hücumlara ümid edirdik. Deyə bilərəm ki, oyundan razı qaldım, amma nəticədə. narazı qaldım

- Bugünki oyunda şübhəli oyunçular varmı?

- Xeyr, futbolçularım yaxşı oynadı. Savaş və əzmkarlıq var idi. SaDƏCƏ, təcrübəsizlik var idi. Bu komandanı söküb yenidən yığmaq lazımdır. Ən azı 6-7 oyunçu lazımdır.

- Əsas ümidiniz ölkə kubokunadı?

- Bizdə əzmkarlıq yavaş-yavaş yaranır. Sona qədər mübarizə aparacağıq. İkinci dövrədən sonra rəqiblər üçün asan keçilən sədd olmayacağıq. Nə qədər bacarağıqsa, irəli gedəcəyik.

- Mirhüseyn Seydov və Nizami Hacıyevin 6 oyunda danışılmış oyun şübhəsi var idi. Bu doğrudur?

- Bu söhbətə qayıtmaq istəmirəm. Lazım olan qədər açıqlamar var. Nə lazımdırsa, həmin oyunçulardan soruşun. 

Tarix: 3 Dekabr 18:24    Oxunub: 266    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.