Rəşad Sadıqov Mirhüseynlə Nizamidən danışdı: “Çox çətindi”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının XIV turunda “Neftçi”yə 1:0 hesabı qalib gəldikləri oyundan sonra brifinq keçirib.

 

Sportinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

 

- Maraqlı və gərgin matç oldu. 3 xal qazanmaq istəyirdik. Buna naol olduğumuz üçün sevinirəm. Komandada bir az yorğunluq var ki bu, ikinci hissədə daha çox hiss olundu. Buna rəğmən, qol epizodları yaratdıq. Yaxşı hücumlar qurduq. İkinci hissədə isə "Neftçi” topa nəzarət edirdi. Buna baxmayaraq, rəqibə qol imkanı vermədik.

 

"Neftçi”nin yüksəlişdə olduğu deyilsə də, bu oyunda "Qarabağ”a qarşı heç nə edə bilmədi…
- Fikrimiz öz oyunumuzda idi. Hər şey qaydasında oldu. Meydanda gərgin mübarizə getdi. Biz də bu gün çox istəkliydik. 3 xal üçün çox çalışdıq.
 
Qarşıda olan "Roma” ilə matç haqda nə düşünürsən? 
- Çempionlar Liqasında son oyunumuzdu. Qrupdan çıxmaq ehtimalımız yoxdu. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
 
Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məsələsi ilə bağlı nə deyə bilərsən?
- Biz də xəbərləri internet vasitəsi ilə izləyirik. Nəsə demək çox çətindi. Bu məsələlərin içində deyilik. Hərə bir cür açıqlama verir. İndi nəsə fikir bildirsəm, mənim adıma düzgün olmaz.

Tarix: 3 Dekabr 00:20    Oxunub: 628    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.