Rəşad Sadiqov: "Nə qədər desən də, xeyri yoxdu, həmişə "mandraj"da olurlar"

"Neftçi" Topaz Premyer Liqasının 14-cü turunda səfərdə "Qarabağ"a 0:1 hesabıyla uduzub.

 

Sportinfo.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın yarımmüdafiəçisi Rəşad Sadiqov oyun barədə düşüncələrini bölüşüb. Təcrübəli futbolçu ilk olaraq məğlubiyyət haqda danışıb:

 

- Son illərin çempionuna qarşı oynadıq. “Qarabağ”ın gücünə bələdik. Futbolçularımızda qorxu var idi, “Qarabağ”ın adından çəkindilər. İlk hissədə çox zəif çıxış etdik. İkinci hissədə toparlansaq da, uduzduq.
 
Komandaya bu məğlubiyyət necə təsir edəcək?
- Əlbəttə, təsir edəcək. Hər xal bizim üçün qızıla bərabərdir. Avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, xallarımızı artırmalıyıq.
 
Futbolçuların “Qarabağ”ın adından qorxduğunu vurğuladınız. Bu xofu atmaq üçün nə etmək lazımdır?
- Bəzi futbolçuların qanlarında var. İçlərində olan şeydir. Onlara nə qədər desən də, xeyri yoxdu, həmişə "mandraj"da olurlar. Avrokuboklar matçlarında da belə olurlar. Deməyin xeyri yoxdu, oyundan-oyuna təcrübə toplamalıdırlar.
 
AFFA İntizam Komitəsi Nizami Hacıyev və Mirhüseyn Seyidovu ömürlük futboldan kənarlaşdırdı. Düşnümürsüz ki, bu, “Neftçi”yə qarşı atılmış addımdı? Çünki hər iki futbolçunun “Neftçi”yə keçidi gündəmdə idi.
- Elə şeyə inanmıram. Sadəcə 4-5 oyunda qalib gələn kimi belə şeylər ortaya çıxdı. Əgər yadınıza gəlirsinizsə, “Neftçi” ilə Avropa Liqasının qrupuna düşəndə adımıza nə qədər söz-söhbət çıxdı. Adımıza hər cür söz çıxarırdılar. “Qarabağ” son zamanlar tarix yazır, yenə də söz-söhbətlər dolaşır. Əgər əllərində sübur varsa, yəqin, nəsə baş verəcək.
 
İki yarımmüdafiəçinin oyunu satması nə dərəcədə realdır?
- İnanmıram. Əsas komandanın arxa xətti və qapıçısıdır. Ümumilikdə, bütün komanda mübarizə aparır. İnanmıram ki, komanda şəklində belə şeyə getsinlər.
 
Uzun illərdi ki, futboldasan. İnanırsan ki, Mirhüseyin Seyidovla Nizami Hacıyev belə bir şey etsin?
- Bilmirəm, özlərindən dəqiq soruşmaq lazımdır. İki tərəfi də dinləmək lazımdır. Ola bilər ki, kimsə özündən uydursun. Ola bilər rəhbərlik başqa, futbolçular başqa söz desin. Bunu “Keşlə” rəhbərliyinə demirəm. Ümumilikdə futbol haqda danışıram. Bütün insanlara aiddir. İki insanı da dinləmək lazımdır. Günahı futbolçuların üzərinə atmaq olmaz. Həssas yanaşmalıyıq. Sona qədər gözləmək lazımdır.
 
Onların futboldan uzaqlaşdırılması qərar ağır olmadı?
- Günahkar olsalar, qərar ağır deyil. 20 illik futbol karyeram var. Həmişə demişəm ki, oyun alğı-satqısı ilə məşğul olanlar futboldan uzaqlaşdırılmalıdır. Çünki komandada 20-dən çox oyunçu olur. 1-2 nəfər görə digərlərinin əziyyətini yerə vurmaq düzgün deyil axı. Tək azərbaycanlı futbolçuları demirəm, bütün hər kəsə aiddir. Oyun satan futboldan uzaqlaşdırılmalıdır. Əgər AFFA kimisə kənarlaşdıracaqsa, düzgün edir. Belə şeyləri etmək olmaz.
 
Bu söhbətlərdə “Neftçi”yə qarşı atılmış addım olduğunu düşünmürsən?
- Biz onları “İnter Arena”da da məğıub etmişdik. Ötən mövsüm də “Neftçi” “Keşlə”ni yenib. Bu büdcə ilə, gecikmələrlə, atmosfer pozğunluğu ilə komanda qurmaq çətindir. Üstəlik, trasnfer qadağaları var. Açıq danışaq, belə şəkildə komanda qurmaq olmaz. Belə vəziyyətdə məğlubiyytlər qaçılmazdır. Bizdə də məğıubiyyətlərı sıralamışdıq. 5 oyuna 1 xal toplamışdıq. Çünki işlər düzgün deyildi. İndi qaydasına düşüb.
 
Nizami və Mirhüseyinlə danışacaqsız?
- Mirhüseyn cavandı. Nizami də öz sözünü demiş futbolçusudur. Hələ danışmamışıq. Amma danışacam.  Söhbət etmək lazımdır. Bu məsələni araşdırmaq lazımdır. Sonra dəstəyimizi verərik
Tarix: 2 Dekabr 15:36    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.