“Neftçi” Ukrayna millisinin məşqçisi ilə müqavilə bağladı

Yaxınlarda fiziki hazırlıq üzrə məşqçi Aleksey Kolesnikovla yolları ayıran “Neftçi” bu posta yeni təyinat gerçəkləşdirib. 


Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi Dmitri Qolovko ilə anlaşıb. 


Ukraynalı mütəxəssis artıq komanda ilə tanış olmağa da imkan tapıb. Onunla gələn ilin mayınadək müqavilə imzalanıb.


Qolovko Ukraynada öz sahəsi üzrə tanınmış məşqçilərdən biridi. Ölkəsinin 19 yaşlılardan ibarət millisinin Avropa çempionu olduğu vaxt burda çalışıb.

 

Yığma ilə yanaşı, klub karyerası da zəngindi. Kiyev “Dinamo”sunda işləyib, eyni zamanda, “Çernomorets” və “Volın”da özünü göstərib.

 

Tarix: 2 Dekabr 14:00    Oxunub: 638    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.