"Qarabağ"lı hücumçunun transferi ilə bağlı: "Açıqlama verə bilməyəcəm”

“Qarabağ”ın hücumçusu Dino Ndlovunun klubumuza keçidiylə bağlı məlumatım yoxdu".


Sportinfo.az xəbər verir ki, bunu Rumıniya çempionatının 20-ci turu çərçivəsində "Voluntari"ilə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında ÇFR-in baş məşqçisi Dan Petresku “report”un Şərqi Avropa bürosunun sualını cavablandırarkən deyib.


"Son günlər istər Azərbaycan, istərsə də Rumıniya KİV-i Afrika mətbuatına istinadən yazır ki, Kluj şəhər təmsilçiləri D.Ndlovunu "qış transfer pəncərəsi" dövründə heyətinə qatmaq və onun xidmətindən yararlanmaqda maraqlıdı. Bu nə dərəcədə doğrudu?” sualına “dəmiryolçular”ın baş məşqçisi belə cavab verib:

 

“D.Ndlovunun klubumuza transferi ilə bağlı məlumatsızam və təəssüf ki, bu məsələ ilə bağlı hər hansı bir açıqlama verə bilməyəcəm”.

Tarix: 2 Dekabr 14:12    Oxunub: 501    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Dekabr 2017
16 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.