Millimizin oyunlarına ev sahibliyi edəcək ölkələr bəlli oldu

17 və 19 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun qrup oyunlarının keçiriləcəyi ölkələr müəyyənləşib. 

 

Sportinfo.az xəbər verir ki, hər iki yaş qrupu üzrə Azərbaycan yığmasının da mübarizə aparacağı ölkələr artıq bəllidi.

 

Belə ki, 17 yaşadək futbolçularımız elit-raunddakı oyunlarını Almaniyada keçirəcək. Komandamız 7-ci qrupda meydan sahibləri ilə yanaşı, İrlandiya və İslandiya ilə mübarizə aparacaq.

 

Bu qrupun oyunları 2018-ci ildə, martın 22-dən 28-dək keçiriləcək. 19 yaşadək qızlarımız isə növbəti mərhələdəki oyunlarına Finlandiyada çıxacaqlar.

 

Millimiz 3-cü qrupda finlərlə yanaşı, Fransa və Belçikaya qarşı mübarizə aparacaq. Bu qrupun oyunları da gələn il, aprelin 4-10-u aralığında baş tutacaq.

Tarix: 2 Dekabr 00:40    Oxunub: 139    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.