Yığmamız Fil Dişi Sahilində mükafat yarışının finalında mübarizə aparacaq

Taekvondoçuların cari mövsümdə mükafat yarışlarının final mərhələsi keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, Moskvada startı verilən qran-pri Mərakeş və Böyük Britaniyanın ardından, Fil Dişi Sahilinin Ədibcan şəhərində başa çatacaq.

 

Yarışda mübarizə aparmaq üçün kişilərdən ibarət millimizin 4 üzvü bu gün Afrikaya yollanır. Dünya Taekvondo Federasiyasının olimpiya reytinq cədvəlində ilk pillədə yer alan idmançılarımızdan Radik İsaev (+80 kq; 437.70 ) və Milad Beigi Hərçəqani (-80 kq; 472.36), eləcə də 207.69 xalla 7-ci pillədə qərarlaşan Ayxan Tağızadə, 161.94 xalla 15-ci olan Məhəmməd Məmmədov (hər ikisi – 68 kq) mükafatlar uğrunda döyüşlərə qatılacaq.

 

Yarışlar 2-3 dekabr tarixlərində keçiriləcək. Qalib idmançı aktivinə 80, 2-ci yer 48, 3-cü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə etmiş olacaq.

 

Baş məşqçilər Rza Mehmandost, Elnur Amanov (qadınlar) və böyük məqşi Rəşad Əhmədovun rəhbərliyi ilə Fil Dişi Sahili yollanan taekvondoçularımız dekbırın 5-də Vətənə dönəcək.

Tarix: 1 Dekabr 22:00    Oxunub: 210    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.