"Bakı-2015" In qalibinə 3 maddə üzrə ittiham irəli sürüldü

"Bakı-2015" I Avropa Oyunlarında qızıl medal qazanmış irlandiyalı boksçu Maykl OReyli məhkəmə qarşısına çıxıb. Sportinfo.az xəbər verir ki,  75 kq çəkidə çıxış edən boksçuya 3 maddə üzrə ittiham irəli sürülüb. 24 yaşlı idmançının ötən ilin aprelində Ballibeq və Litltaun şəhərlərində içkili halda ictimai asayişi pozmaqda, ətrafdakıları təhqir etməkdə və hədələməkdə ittiham olunur.

 

Məhkəmənin hökmü ilə o, 500 avro müqabilində zaminə buraxılıb. Lakin idmançı yaşadığı Litltaun şəhərini tərk edə bilməyəcək. Növbəti məhkəmə prosesi martın 7-nə təyin olunub. Maykl OReyli "Bakı-2015"in finalında azərbaycanlı boksçu Xaybula Musalova qalib gəlib.

 

Həmin il dünya çempionatının bürünc mükafatına sahib çıxan irlandiyalı boksçu 2016-cı il Rio-de-Janeyro-Yay Olimpiya Oyunlarında mübarizəyə dopinq-testinin müsbət nəticə verməsi səbəbindən buraxılmayıb. Olimpiadada 75 kq çəkidə bürünc medalı Azərbaycan təmsilçisi Kamran Şahsuvarlı qazanıb. 

Tarix: 26 Yanvar 09:36    Oxunub: 174    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyul 2017
23 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.