Sadıq Sadıqov: "Qaçıbsa, mən nə edə bilərəm? Məhkəmədən sonra danışacağıq"

"Əvvəl də demişəm ki, Peter Zayzenbaxer bizim baş məşqçimiz deyil. Qaçıbsa, mən nə edə bilərəm? Bizim müqaviləmiz vardı. Müqavilə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qədər idi. Olimpiadadan sonra Peterlə müqavilənin müddəti bitdi" - Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov milli komandanın sabiq baş məşqçisi Peter Zayzenbaxerin Avstriyada davam edən məhkəməsi haqqında danışarkən deyib.


S.Sadıqov təcrübəli mütəxəssislə cinsi zorakılıqla bağlı davam edən məhkəmə prosesinin nəticəsi məlum olduqdan sonra danışacaqlarını söyləyib: "Məhkəmə prosesinə əsasən, bütün məsələləri saxladıq ki, hər şey həllini tapandan sonra yenidən baxaq. Zayzenbaxerin özünün dediyinə görə, ona şər atıblar.

 

Biz də insan kimi ona inandıq, amma məhkəmənin qərarını gözləyirik. Hələ heç nə bilinmir. Hazırda onunla müqaviləmiz yoxdur. Hər şey müsbət həll olunsa, gəlsə, müqaviləyə yenidən baxılacaq. Orada şərtlər var. Bəlkə heç onunla razılaşmadıq?! Bəlkə onun buraya gəlişi alınmadı?! Məhkəmənin qərarından sonra bütün məsələlərə baxacağıq".


Federasiya rəsmisi P.Zayzenbaxerlə əlaqə saxlamadıqlarını da bildirib: "Onunla danışmamışam. Vəkili Zayzenbaxeri tapa bilmirsə, biz necə danışaq? Yenə deyirəm, onunla söhbətimiz yalnız məhkəmə prosesi başa çatandan sonra olacaq".

 

Peter Zayzenbaxer azyaşlı qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Hazırda baş məşqçinin məhkəmə prosesi davam edir. Ötən gün Avstriya mətbuatı Zayzenbaxerin məhkəmədən yayındığını, hətta vəkilinin belə onu tapa bilmədiyini yazıb. 

Tarix: 24 Dekabr 00:53    Oxunub: 321    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Fevral 2017
25 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.