Qara və Xəzər dənizi ətrafı ölkələrin yeni çempionatı keçiriləcək

1-3 dekabrda Sumqayıt Olimpiya İdman Mərkəzində Qara və Xəzər dənizləri ətrafı ölkələrin növbəti çempionatı keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edəcək.

 

Fərdi çıxışdan başqa hər bir yaş dərəcəsində kata və kumite üzrə komanda mübarizəsi də olacaq. Turnirin ilk günü 7-12 yaşlı uşaqlar, ertəsi gün yeniyetmələr, gənclər və veteranlar, bazar günü isə böyüklər tatamiyə çıxacaq.

 

Qara və Xəzər dənizləri ölkələri Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda hələlik Azərbaycan, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Qazaxıstan və Gürcüstan komandalarının mübarizə aparacağı məlumdur.

Tarix: 1 Dekabr 15:24    Oxunub: 313    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.